Qablaşdırıcı qutunun istehsalı zamanı çapdansonrakı əməliyyatlar mühüm rol oynayır. Onlardan biri əvvəlcədən oyulmuş dəliyə polimer pəncərənin yapışdırılmasıdır. Həmin deşiklər içəri qablaşdırılmış məhsulun şəffaflığını və gürünüşünü təmin etmək üçün nəzərdə tutulur. O, həm qənnadı, həm də çay qablaşdırma sənayesində, habelə oyuncaq istehsalı və elektron sənaye kimi digər sahələrdə tətbiq olunur. İstehsalımız həmin pəncərənin yapışdırılması məqsədilə müvafiq Almaniya avadanlığı ilə təchiz olunmuşdur.