Qatlama və yapışdırma prosesi xammalın əvvəlcədən müəyyən olunmuş yerlərdə qatlanma və yapışdırma yerlərində qutunun büküşündən ibarətdir. Göstərilən əməliyyat hazır məhsulun müəssisələrdə karton qutuya yerləşdirilməsi, yaxud qablaşdırılması prosesinin asanlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bükmə-yapışdırma əməliyyatının yerinə yetirilməsi üçün Firmamızın meydançalarında nəzərdə tutulan müasir avtomatlaşdırılmış BOBST Dynamic 130 avadanlığı quraşdırılmışdır. Maşının texniki imkanları saatda 30 000 qutu sürəti ilə özüqatlanan dibli ikiqat divarcıqlı qutuları yapışdırmağa imkan verir.