Sultan Graphics

KATALOQU YÜKLƏMƏKKATALOQU YÜKLƏMƏK

A member of SGC Sultan Group of Companies

Packaging Solutions

terminlər

faydalı məlumat

Bu qısa poliqrafiya sorğu-məlumat terminləri sifarişin verilməsi və istənilən mətbəələrin menecerləri ilə ünsiyyət zamanı Sizə kömək edəcək, habelə Sizi çapın mətbəələrdə istifadə olunan əsas üsulları, materialların növləri və kağızın əsas formatları ilə tanış edəcək.

CMYK rəng modeli

CMYK rəng modeli poliqrafiyada əsasdır. CMYK-də əsas rənglər mavi (CYAN), al-qırmızı (Magenta) və sarıdır (Yellow). CMYK modelinin təkmilləşdirilməsi məqsədilə ona bir əlavə – qara rəng daxil edilmişdir. O, çap zamanı əsas rəngdir, buna görə də modelin adındakı son hərf – B yox, K (Key) hərfidir.

RGB Rəng modeli

Bu model üç əsas rəngə əsaslanır: qırmızı (Red), yaşıl (Green) və mavi (Blue). Qalan rənglər əsas rənglərin birləşməsi ilə alınır. Bu modellə skaner və monitorun ekranı – rəng informasiyasının işlənməsində iki mühüm həlqə işləyir. Onlar işıqsaçan monitorlarda, televizorlarda və oxşar qurğularda istifadə olunur.